Müştəri
Rixos
Media7-nin Rixos Quba Azerbaijan, Samaxi Palace Platinum by Rixos və Naftalan Hotel by Rixos otelləri üçün hazırladığı təqdimat və reklam videoları.
Rixos Quba
“Rixos Quba Azerbaijan” otel kompleksi üçün Media7 tərəfindən ərsəyə gətirilmiş “Luxury Wedding” konseptual təqdimat və reklam çarxı. Videoda otelin füsunkar təbiəti, lüks interyer dizaynı, dəbdəbəli toy zallarının bəzədilməsi, helikopter və VIP avtomobil qarşılanması, eləcə də lyuks bal ayı otaqları kinematoqrafik kadrlar və peşəkar montaj vasitəsilə təqdim olunur.
Layihə səhifəsi →Şamaxı Palace
Şamaxının füsunkar təbiətində yerləşən lüks saray stilindəki otelin təqdimatıdır.
Saray interyeri və nömrələr: klassik və zərif dizaynda işlənmiş daxili interyer, VVIP/VIP lyukslar, xüsusi bilyard otaqlı otaqlar və müasir vannalar.
Qidalanma və restoranlar: “White Diamond Main Restaurant” (açıq büfe və qənnadı vitrinləri), “Lalezar A la Carte Restaurant” və “Lobby Lounge Royal”.
Tədbir və konfrans zalları: “Sultan Hall” və “Golden Hall” iclas/konfrans zalları, həmçinin açıq havada toy və təntənəli tədbirlər üçün amfiteatr və saray zalı.
Açıq hava və əyləncə: böyük panorama hovuzu, uşaq su parkı (akvapark), atıcılıq stendi (stend atıcılığı), tennis və futbol meydançaları, kotteclər, “Serenity Spa & Wellness” və uşaq klubu (“Rixy Kids Club”).
Layihə səhifəsi →Naftalan Hotel by Rixos
Naftalan şəhərində yerləşən bu müalicə və istirahət kompleksinin geniş tanıtım videosudur.
Nömrələr və infrastruktur: otelin lüks lyuks nömrələri, müasir kotteclər, restoranlar (Lalezar Restaurant), Lobby Bar və zəngin isveç masası.
Müalicə və tibb mərkəzi: poliklinika və baş həkim Şahin Babayevin rəhbərliyi ilə həkim heyətinin qəbulu, məşhur Naftalan nefti vannaları, su və elektro-işıq müalicəsi, ultrasəs (USM), rentgen və laboratoriya analizləri.
Əyləncə və istirahət: qapalı hovuz, idman zalı, spa/sauna, Türk hamamı, bilyard, boulinq, 3D kinoteatr və uşaq oyun otağı.
Layihə səhifəsi →