Tədbir video çəkilişi üçün təşkilatçı checklisti
Yazını dinlə2:07
Konfrans, açılış və korporativ tədbirdə video çəkilişdən əvvəl razılaşdırılmalı 12 məqam: səhnə, səs, icazə, kadr sırası.

Tədbir videosu niyə əvvəldən qərarlaşdırılır
Tədbir video çəkilişi studiodakı reklam çəkilişindən fərqlidir: təkrar almaq olmur. Spiker çıxışı, lent kəsimi və qonaq reaksiyası bir dəfə baş verir. Buna görə təşkilatçının checklisti prodakşn brifindən az əhəmiyyətli deyil.
1. Məqsəd və final format
Highlight 60 saniyə, tam çıxış, same-day edit, yoxsa daxili arxiv? Bu seçim kamera sayını və montaj vaxtını dəyişir.
2. Proqram və dəqiqə
Açılış, çıxış, panel, fasilə, kəsintı, fotozona. Operator səhnəyə nə vaxt yaxınlaşa bilər, nə vaxt arxada qalmalıdır.
3. Səs
Zalın öz mikrafonundan qeyd almaq mümkündürsə, bu, kameranın daxili mikrofonundan qat-qat yaxşıdır. Media7 tədbirdə mümkün olduqda mixer çıxışı və ehtiyat lav mikrofon planlaşdırır.
4. İşıq
Səhnə işığı üzü yandırırsa, kamera ISO və shutter ilə xilas ola bilər, amma qonaq masaları qaralır. Əlavə işıq lazımdırsa, təşkilatçı ilə əvvəldən razılaşdırılır.
5. İcazə və brend
Qonaqların üzünün yayımlanması, spiker slaydları, sponsor loqoları. Bəzi slaydlar daxili məlumatdır və kadrda qalmamalıdır.
6. Hərəkət xətti
Gimbal operatorun yolu, tripod nöqtəsi, drone varsa uçuş zonası. Təhlükəsizlik və qonaq axını bundan asılıdır.
7. Same-day ehtiyacı
Elə həmin axşam göstəriləcək highlight varsa, montajçı tədbirdə və ya yaxın otaqda oturmalıdır. Kartların təhvil qaydası əvvəlcədən yazılır.
8. Təhvil
Neçə versiya, hansı ölçü, hansı gün. Tədbir videosu “sonra görərik” deyiləndə həftələrlə uzanır.
Media7 bu checklisti brifə çevirir ki, çəkiliş günü təşkilatçı prodakşnı yox, qonağı idarə etsin.
